Səhiyyə
Fransa hantavirusun mutasiyası ilə bağlı AÇIQLAMA YAYDI
Fransa səhiyyə naziri Stefani Rist mütəxəssislərin yekun nəticə çıxarmaq üçün kifayət qədər məlumata malik olmadığını və buna görə də hantavirusun mutasiyaya uğrayıb-uğramadığını hələlik müəyyən edə bilmədiklərini bildirib.
Publika.az xəbər verir ki, o, bu brədə "Sky News" kanalına müsahibəsində danışıb.
Nazir qeyd edib ki, virusun tam DNT ardıcıllığı hələ əldə olunmayıb, buna görə də onun hələ mutasiyaya uğramadığına dair əminlik yoxdur.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus MV Hondius kruiz laynerinin 11 sərnişinində hantavirusa yoluxma halının qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, bütün hallar gəmi sərnişinləri və ya heyət üzvləri arasında aşkar edilib ki, onlardan doqquzunun Andes virusuna yoluxması təsdiqlənib, digər iki hal isə ehtimal olunandır. Bildirilib ki, bütün bu hallar fərdi xarakter daşıyır və ciddi tibbi nəzarət altındadır, bu isə virusun daha geniş yayılma riskini istisna edir.
Hüseyn İbadlı
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?











.png)

.jpg)









.jpg)














