Səhiyyə
Son 20 ilin ən qorxulu hesabatı: Kasıb ölkələrdə nə baş verir?
Dünyada hipertoniya xəstələrinin sayı artmaqda davam edir.
Publika.az xəbər verir ki, bu barədə Amerika Kardiologiya Kollecinin jurnalında dərc olunan qlobal meta-analizdə bildirilib.
Araşdırma 2000-2020-ci illəri əhatə edib və 119 ölkədən 6 milyondan çox yetkin insanın məlumatları əsasında aparılıb. Tədqiqatın nəticələrinə görə, 2020-ci ildə yüksək arterial təzyiqdən əziyyət çəkən insanların sayı təxminən 1,7 milyarda çatıb. Bu isə dünya əhalisinin təxminən 33 faizini təşkil edir.
Məlumata görə, son 20 ildə regionlar arasında ciddi fərq müşahidə olunub. Yüksək gəlirli ölkələrdə hipertoniya göstəriciləri yaş üzrə təxminən 2-3 faiz azalsa da, aşağı və orta gəlirli ölkələrdə əksinə, təxminən 6 faiz artım qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu artım əsasən aşağı gəlirli ölkələrdə əhalinin çoxalması hesabına baş verib. Nəticədə hipertoniya xəstələrinin sayı yüz milyonlarla artıb.
Araşdırma müəllifləri vurğulayıblar ki, diaqnostika və müalicə imkanlarında müəyyən irəliləyiş olsa da, yüksək qan təzyiqinə nəzarət hələ də zəif olaraq qalır. Bir çox insan ya xəstəliyindən xəbərsizdir, ya da adekvat müalicə almır.
Alimlərin qənaətinə görə, hipertoniya dünyada vaxtından əvvəl ölümə səbəb olan əsas risk faktorlarından biri olaraq qalır. Buna görə də xüsusilə imkanları məhdud ölkələrdə profilaktik proqramların və səhiyyə tədbirlərinin gücləndirilməsi vacib sayılır.
Müəllif: Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?











.png)

.jpg)









.jpg)














