Səhiyyə
İnsan qanında qədim həyatın izləri tapıldı
Kiot Universitetinin tədqiqatçıları qan hüceyrələrinin təxminən 700 milyon il əvvəl, çoxhüceyrəli canlıların yaranması dövründə ortaya çıxdığını aşkar ediblər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
Qan hüceyrələri demək olar ki, bütün heyvanlarda mövcud olsa da, onların quruluşu və funksiyaları müxtəlif növlərdə əhəmiyyətli dərəcədə fərqlənir. Bu hüceyrələrin təkamülünü izləmək üçün alimlər yeni bir gen analizi metodu hazırlayıb və qan hüceyrələrinin "nəsil ağacını" qura biliblər.
Tədqiqat zamanı məlum olub ki, qədim birhüceyrəli orqanizmlərə ən çox bənzəyən hüceyrələr məhz makrofaqlar – bakteriya və virusları məhv edən immun hüceyrələridir. Müəlliflərin fikrincə, Yer kürəsində həyatın ilk qan hüceyrələri məhz bu tip hüceyrələr ola bilər.
Eyni zamanda, tədqiqatçılar bir çox heyvanların qan hüceyrələrində aktiv olan "FOS" geninin tarixini də araşdırıblar. Məlum olub ki, bu gen artıq 700 milyon il əvvəl yaşamış birhüceyrəli əcdadlarda mövcud olub. Bu da immun sistemi və qan yaranması mexanizmlərinin ilk çoxhüceyrəli canlılarla eyni vaxtda formalaşdığını göstərir.
Alimlərin hazırladığı təkamül modelinə görə, məməli hüceyrələr (tull hüceyrələri) məhz makrofaqlardan törəyib, daha sonra isə onlardan erkən T-hüceyrələri və eritrositlər formalaşıb. B-hüceyrələri isə bu prosesdən daha sonra ayrılıb.
Tədqiqatın rəhbəri Hiroşi Kavamoto bu nəticələrin heyranedici olduğunu bildirib: "Bu nəticələr onurğalıların qan hüceyrələrinin inkişaf yollarının onların 700 milyon illik təkamül tarixini əks etdirdiyini göstərir".
Müəlliflər qeyd ediblər ki, yeni analiz metodu təkcə təkamülün öyrənilməsi üçün deyil, həm də xərçəng və immun sisteminin pozulması ilə bağlı digər xəstəliklərin araşdırılmasında mühüm rol oynaya bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü











.png)






.jpg)
.jpg)



.jpg)















