Səhiyyə
Ebola virusunun təhlükəli variantı - “Təsiri dağıdıcı ola bilər”
Digər viruslara nisbətən daha az yoluxucu olan və geniş yayılma riski aşağı qiymətləndirilən, lakin kifayət qədər tanınmadığı üçün xüsusi vaksinləri və kütləvi diaqnostika testləri mövcud olmayan Budibuyo (Bundibugyo) virusu ilə bağlı narahatlıqlar artır.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, bu virus Konqo Demokratik Respublikası və Uqandada baş verən epidemiyaların əsas səbəbkarıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika regionu üzrə məlumatlarına görə, indiyədək 906 şübhəli, 112 təsdiqlənmiş yoluxma halı qeydə alınıb; həmçinin 223 şübhəli və 11 təsdiqlənmiş ölüm faktı var.
Stanford Universitetinin Qlobal Səhiyyə İnnovasiyaları Mərkəzinin direktoru Mişel Berri bildirib ki, hakimiyyət orqanları epidemiyanı rəsmən mayın 15-də elan etsə də, virusun əhali arasında bir neçə həftə əvvəldən yayılmağa başladığı ehtimal edilir.
Ekspertin sözlərinə görə, virusun xüsusiyyətlərini nəzərə alsaq, onun geniş miqyasda yayılması "çox az ehtimal olunur". Lakin buna baxmayaraq, epidemiyanın qarşısını almaq üçün Konqo Demokratik Respublikası və qonşu ölkələrə dəstək göstərmək məqsədilə vaxtında və birgə qlobal cavab tədbirlərinin görülməsi "həyati əhəmiyyət daşıyır".
Ebola virusu bədən mayeləri ilə birbaşa təmas (xüsusilə zədələnmiş dəri və ya qorunmayan selikli qişa vasitəsilə) yolu ilə keçir.
"Pandemiya riski çox aşağı olsa da, virusun yayılma xüsusiyyətləri nəzərə alındıqda, Konqo və qonşu ölkələrdəki təsiri dağıdıcı ola bilər", - Mişel Berri vurğulayıb.
Hazırda Ebola ilə əlaqəli altı növ virus məlumdur, lakin onlardan yalnız üçü – Zair, Sudan və Budibuyo – böyük epidemiyalara səbəb olur. Ekspert qeyd edib ki, mövcud Ebola testlərinin hamısı Budibuyo variantını aşkarlaya bilmir və bu, "epidemiyanın uzun müddət diqqətdən kənarda qalaraq yayılmasının əsas səbəblərindən biridir".
Virusun ilkin simptomları arasında qızdırma və halsızlıqla yanaşı, halların 80%-dən çoxunda müşahidə olunan qeyri-hemorragik diareya və baş ağrısı yer alır. Hazırda Ebola üçün mövcud olan vaksin və müalicə üsulları əsasən Zair ştammına qarşıdır və Budibuyo variantında sınaqdan keçirilməyib. Budibuyo virusunun ölüm dərəcəsi yüksək letallığa malik Ebola-Zair növündən aşağı olsa da (əvvəlki epidemiyalarda 30-50% arasında qiymətləndirilir),
Mişel Berri xəbərdarlıq edir ki, zəifləmiş səhiyyə sistemi və təmasda olan şəxslərin izlənilməsindəki çətinliklər səbəbindən, Konqo kimi münaqişə zonalarında Ebola ilə mübarizə aparmaq son dərəcə mürəkkəbdir.
Hüseyn İbadlı
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq



























.jpg)










