Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ

Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ

Təsvirin bulanıq olması, ətrafdakı əşyaların hərəkət etməsi və ya titrəməsi hissi, baş gəllənməsi, qeyri-sabitlik, ikiləşmə şikayətləri göz nistaqmasına – insanın göz hərəkətlərinə nəzarət edə bilmədiyi vəziyyətə işarə edə bilər.

Publika.az xəbər verir ki, bunu Qazeta.ru-ya Moskvanın "3Z" klinikasının oftalmocərrahı Damiri Otxozoriya bildirib.

O qeyd edib ki, ilk baxışdan gözlərin qeyri-iradi hərəkətləri nadir fərdi xüsusiyyət kimi görünə bilər:

"Lakin təbabətdə bu vəziyyət nistaqm kimi tanınır – bu, təkcə görmə qabiliyyətinə deyil, həm də insanın müvazinətinə və gündəlik fəaliyyətinə təsir edən bir pozğunluqdur. Nistaqm xəstəlik, travma, sinir sisteminin və ya daxili qulağın işinin pozulması, habelə bəzi preparatların qəbulu ilə bağlı ola bilər. Böyüklərdə qazanılmış nistaqm zamanı təsvirin bulanıq olması, ətrafdakı əşyaların hərəkət etməsi və ya titrəməsi hissi, baş gəllənməsi, qeyri-sabitlik, ikiləşmə, habelə müşayiət edən nevroloji və ya eşitmə simptomları ilə bağlı şikayətlər yarana bilər".

"Nistaqm zamanı göz hərəkətləri qeyri-iradi baş verir, ona görə də pasiyent iradə gücü ilə baxışını dayandıra bilmir. Qəbul zamanı həkim üçün təkcə hərəkətlərin xarakterini deyil, həm də görmə itiliyini, göz dibinin vəziyyətini, gözü hərəkət etdirən sistemin işini qiymətləndirmək, habelə bunun insanın gündəlik həyatına necə təsir etdiyini anlamaq vacibdir. Uşaqlarda bu cür simptomlara xüsusilə diqqətlə yanaşmaq lazımdır: erkən diaqnostika vaxtında korreksiya seçməyə, görmə yükünü azaltmağa və uşağın daha yaxşı uyğunlaşmasına kömək edir", – deyə həkim qeyd edir.

Gözlərin qeyri-iradi hərəkətləri mülayim dərəcədə ifadə olunsa belə, nistaqm həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə azalda bilər.

"Pasiyent üçün oxumaq, baxışı obyekt üzərində saxlamaq, məkanda oriyentasiya etmək və görmə konsentrasiyası tələb edən tapşırıqları yerinə yetirmək daha çətin olur. Oftalmoloqa müraciət üçün səbəb gözlərin qeyri-iradi hərəkətləri, baxışın fiksasiyası ilə bağlı çətinliklər, başın məcburi döndərilməsi və ya əyilməsi, görmə qabiliyyətinin azalması, təsvirin ikiləşməsi və ya rəqs etməsi, baş gəllənməsi, məkanda dezoriyentasiya şikayətləri olmalıdır. Müalicə həmişə fərdi qaydada seçilir: əvvəlcə həkim səbəbi müəyyənləşdirir və görmə funksiyalarını qiymətləndirir, sonra isə eynək və ya kontakt korreksiyası, medikamentoz terapiya, cərrahi müalicə və ya aidiyyəti mütəxəssislərin nəzarətini tövsiyə edə bilər", — deyə doktor izah edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm