Səhiyyə
Sosial şəbəkələrin qurduğu “dofamin tələləri” - Psixikanı məhv edən gizli səbəblər üzə çıxdı
İş çatlarında daim əlaqədə qalmaq vərdişi emosional tükənməyə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Zvuk" musiqi servisinin podkastında psixoloq Aleksandra Yakovleva danışıb. Ekspertin izah etdiyinə görə, şəxsi həyat ilə iş arasındakı sərhədlərin messencerlərdə pozulması psixikaya xüsusilə güclü təsir göstərir.
Mütəxəssis bildiriblər ki, müasir rəqəmsal platformalar istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün qurulub. Sosial şəbəkələr "dofamin tələləri" yaradır: hər yeni post, mesaj və ya bildiriş qısamüddətli xoşbəxtlik hissi oyadır və insanı yenidən telefonu əlinə almağa təşviq edir.
"Bu gün biz Şerlok Holmsu dəhşətə gətirəcək miqyasda informasiya istehlak edirik. Bunun böyük bir hissəsinin isə praktik dəyəri yoxdur. Nəticədə sinir sistemi istirahət və bərpa üçün vaxtdan məhrum olur ki, bu da xroniki yorğunluğa və fon narahatlığına gətirib çıxara bilər", - deyə psixoloq Qazeta.ru-ya verdiyi şərhdə bildirib.
Yakovlevanın sözlərinə görə, messencerlər ayrıca bir problem təşkil edir. Onlar iş və şəxsi məkan arasındakı sərhədi demək olar ki, tamamilə silir. İnsan iş mesajlarını gecə saatlarında ala bilər, bu səbəbdən beyin daim yeni tapşırıqlar gözləntisi içində qalır.
"Səhər sadəcə gözünüzü açırsınız, ekrana baxırsınız və artıq işdəsiniz. Belə fasiləsiz gərginlik xroniki stressə və emosional tükənməyə birbaşa yoldur", - deyə psixoloq qeyd edib.
Texnologiyaların psixi sağlamlığa mənfi təsirini azaltmaq üçün mütəxəssis iş çatlarını yoxlamaq üçün dəqiq vaxt çərçivələri təyin etməyi, mütəmadi olaraq ekranlardan tam imtina dövrləri yaratmağı, fiziki aktivliyə daha çox diqqət ayırmağı və yaxınlarla daha tez-tez canlı ünsiyyət qurmağı tövsiyə edir.
Ekspertin sözlərinə görə, məhz canlı ünsiyyət və rəqəmsal axından bir müddətlik qopmaq imkanı beynin bərpasına kömək edir və gündəlik stress səviyyəsini azaldır.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü











.png)







.jpg)















