Səhiyyə
Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
Seçenov Universitetinin alimləri ilk dəfə olaraq orta və ağır dərəcəli akne (sızanaq) xəstəliyindən əziyyət çəkən pasiyentin ətraflı metabolom profilini (metabolom – müəyyən bir zamanda orqanizmdə, orqanda, toxumada və ya hüceyrədə mövcud olan metabolitlərin məcmusudur) tərtib ediblər.
Publika.az xəbər verir ki, bu barədə Seçenov Universitetindən Qazeta.ru-ya məlumat verilib.
Bildirilib ki, testosteronun akne inkişafına demək olar ki, təsir etmədiyi və xəstəliyin qidalanmanın korreksiyası yolu ilə müalicə oluna biləcəyi məlum olub.
Tədqiqatda klinikanın orta və ağır dərəcəli aknesi olan pasiyentləri iştirak ediblər. Onlara ilk dəfə olaraq qan və sidiyin metabolom analizi aparılıb, həmçinin alimlər amin turşularını, hormonal fonu, çoxdoymamış yağ turşularını, vitaminləri, mikroelementləri və bağırsaq disbiozuna işarə edən markerləri qiymətləndiriblər.
Normada orqanizmdə bu turşuların iki növü olur: bəziləri iltihabı dəstəkləyir, digərləri isə onu söndürür. Akneli hər bir pasiyentdə ikincilər azlıq təşkil edib: "pro-iltihab yanğını"nı qidalandıran araxidon turşusunun (omeqa-6) "yanğınsöndürən" rolunu oynayan eykozapentaen turşusuna (omeqa-3) olan nisbəti pozulub. Pasiyentlərin 63%-ində omeqa-3 ciddi çatışmazlığı müşahidə olunub. Nəticədə, orqanizm daim "gizli iltihab" rejimində yaşayıb: hətta aşkar səbəb olmadan yeni səpgilər yaranıb.
Seçenov Universitetinin V.A. Raxmanov adına Dəri və zöhrəvi xəstəliklər kafedrasının aspirantı, tədqiqatın müəllifi Stanislava Sevostyanova izah edib ki, araşdırmalara görə, pəhriz korreksiyası və omeqa-3 yağ turşuları ilə preparatların qəbulu akne elementlərinin sayının azalması ilə müşayiət olunur, həmçinin sistemli izotretinoinin yan təsirləri olan dəri və selikli qişaların quruluğunu azaldır.
Bundan əlavə, pasiyentlərin əhəmiyyətli hissəsində 17-OH-preqnenolon – orqanizmin testosteron, estrogenlər və kortizol istehsal etdiyi "xammal" yüksək olub. Bununla yanaşı, ümumi testosteron əksər hallarda normada qalıb.
"Bu o deməkdir ki, bəzi pasiyentlərdə akne klassik testosteron yüksəlməsi ilə deyil – baxmayaraq ki, məhz onun piy vəzilərinin işini stimullaşdırdığı hesab olunur – "böyrəküstü vəzi xələf sürüşməsi" ilə dəstəklənir. Başqa sözlə, böyrəküstü vəzilər qana piy vəzilərinə təsir edərək həddindən artıq piy ifrazına və iltihaba səbəb olan yarımçıq hormonlar buraxır", - alim qeyd edib.
Antiosidant müdafiəyə və dərinin bərpasına cavabdeh olan mikroelementlərin səviyyəsi ayrıca tədqiq edilib. Akneli pasiyentlərdə sink, selen və xrom sapmaları aşkar olunub. Onların səviyyəsinin korreksiyası terapiyada əlavə həlqə ola bilər.
Hazırda klinisistlər seçimi genişləndirməyi və metabolom korreksiyasının standart terapiyanın effektivliyinə necə təsir etdiyini qiymətləndirməyi planlaşdırırlar.
Hüseyn İbadlı
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?

















.jpg)

















.jpg)




