Səhiyyə
Cinsi yolla keçən yeni infeksiya - Avropa ölkələrində sürətlə yayılır
Avropanın altı ölkəsində dermatofilez epidemiyası qeydə alınıb — bu, əvvəllər insanlara son dərəcə nadir hallarda yoluxan bir infeksion xəstəlikdir.
Publika.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) hesabatında deyilir.
Adətən dermatofilez ilə atlar və iribuynuzlu heyvanlar xəstələnir, nadir hallarda isə bu xəstəlik yoluxmuş heyvanlarla işləməli olan insanlara keçir. Lakin bu dəfə cəmi bir neçə ay ərzində xəstəliyin insanlar arasında cinsi yolla keçdiyi onlarla yoluxma faktı qeydə alınıb.
2025-ci ilin dekabrından 2026-cı ilin iyununa qədər Fransa, Almaniya, İspaniya və İsveçdə yeni infeksiyaya yoluxma ilə bağlı 70 fakt qeydə alınıb. Xəstələrin əksəriyyəti simptomlar yaranmazdan bir müddət əvvəl saunalarda və böyüklər üçün nəzərdə tutulmuş spa salonlarında olmuş kişilər olub. Norveçdə on kişi döyüş sənəti məşqləri zamanı yoluxub. Avstriyada isə xəstəlik 17 nəfərdə aşkar edilib.
Xəstəlik cinsi orqanlar nahiyəsində və üzdə qaşınan səpgilər və irincikli yaralarla özünü büruzə verib, lakin pasiyentlərdə ümumi narahatlıq halı müşahidə olunmayıb. Bütün hallar yüngül keçib və xəstəxanaya yerləşdirmə tələb olunmayıb, ECDC isə əhali üçün riski çox aşağı qiymətləndirib.
Hüseyn İbadlı
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?

















.jpg)

















.jpg)




