Səhiyyə
Bu məhsullar dişlər üçün olduqca faydalıdır
Çoxları dişlərin əsas düşməninin şəkər olduğuna əmindir, lakin əslində təhlükəli olan şəkərin özü deyil, onun istehlak tezliyidir.
Publika.az xəbər verir ki, bu barədə stomatoloq-ortodont, tibb elmləri namizədi, "OrthoLike" klinikasının qurucusu Andrey Juk Lenta.ru-ya danışıb.
"Hər dəfə şirin qidadan sonra diş ərpi bakteriyaları minanı həll edən turşular ifraz etməyə başlayır. Əgər insan daim şirniyyatla qəlyanaltı edirsə, şirin içkilər içirsə və ya konfetləri uzun müddət əmərsə, mina demək olar ki, bərpa olunmağa vaxt tapmır", - deyə Juk izah edib.
Mütəxəssis xəbərdarlıq edib ki, turş qazlı içkilər, energetiklər, paketlənmiş şirələr və hətta müntəzəm istifadə olunduqda limonlu su da az təhlükəli deyil. Məsələ ondadır ki, turşu minanı yumşaldaraq onu mexaniki təsirə və kariesin inkişafına qarşı daha həssas edir.
"Bununla yanaşı, dişlərin sağlamlığını qorumağa həqiqətən kömək edən məhsullar da var. İlk növbədə, bunlar bərk tərəvəzlər və meyvələrdir — kök, alma, kərəviz. Onlar çeynəmə prosesini stimullaşdırır, tüpürcək ifrazını gücləndirir və diş səthinin təbii təmizlənməsinə kömək edir", — deyə Juk qeyd edib.
Mütəxəssisin sözlərinə görə, süd məhsullarının böyük əhəmiyyəti var. Belə ki, pendir, kəsmik və təbii qatıq tərkibində mina möhkəmliyini qorumaq üçün lazım olan minerallar — kalsium və fosfor saxlayır.
"Balıq, yumurta, qoz-fındıq və orqanizmə kalsiumu mənimsəməyə kömək edən D vitamini ilə zəngin qidalar da önəmlidir. Lakin başa düşmək lazımdır: kariesi müalicə edə biləcək qidalar yoxdur. Əgər mina dağılması artıq başlayıbsa, heç bir pəhriz dişin itirilmiş toxumalarını bərpa etməyəcək", — deyə Juk vurğulayıb.
Qidalanma müalicə deyil, profilaktika vasitəsidir. Düzgün qidalanma, keyfiyyətli gündəlik gigiyena və müntəzəm profilaktik müayinələr əksər stomatoloji xəstəliklərin qarşısını almağa imkan verir, deyə mütəxəssis qeyd edib.
Hüseyn İbadlı
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?

















.jpg)

















.jpg)




