Səhiyyə
Baş nazir qərar imzaladı
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi nəzərdə tutulan normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Hüquqi Aktların Dövlət Reyestrinə daxil etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərara əsasən, akkreditasiya hər 5 (beş) ildən bir həyata keçirilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 (beş) il sonra həyata keçirilir.
Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti təqvim ili üçün akkreditasiyası keçirilməli olan tibb müəssisələrinin siyahısını öz rəsmi internet informasiya ehtiyatında yerləşdirir.
Qərarın 1-ci hissəsi 2028-ci il yanvarın 1-dən qüvvəyə minir.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?











.png)









.jpg)












