Sosial
Yol Polisi sürücülərə xəbərdarlıq etdi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, paytaxta yağan güclü yağışla əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin sıxlığı müşahidə edilir. Bu cür hallarda sürücülərdən təmkinli olmaları və avtomobillərini minimum sürətlə idarə etmələri xahiş olunur.
"Bakının Tbilisi prospekti, Bakı-Sumqayıt şossesi, Babək prospekti, aeroport yolunda havanın yağmurlu keçməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məsələn, aeroport yolunda 120 km/saat olan sürət həddi 100 km/saat müəyyən edilib. Hava şəraitindən asılı olmayaraq, yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdırlar. Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirməlidir", - deyə V.Əsədov bildirib.
Onun sözlərinə görə, əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır: "Digər tərəfdən, sürət həddi aşağı salınmalı, ara məsafə daha çox saxlanılmalı, bu cür hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır".
Polis polkovniki əlavə edib ki, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə etməlidirlər.
V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir və hazırda sıxlıq müşahidə edilmir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri