Sosial
Dondurulmuş balıq alanların nəzərinə! Bu xəbərə mütləq baxın! - - VİDEO
Çindən gətirilən dondurulmuş balıqların üzərindəki etiket dəyişdirilərək yenidən satışa çıxarılır. Belə bir iddia irəli sürən Rasim Behbudov dövlət orqanlarına da bu barədə müraciət edib. Firmadan isə deyilənlərin yalan və böhtan olduğu bildirilib.
Balıq məhsullarının istifadə müddətinin dəyişdirilərək satıldığı iddia edilir.
Balıq satışı ilə məşğul olan firmalardan birinin keçmiş işçisi bildirir ki, məhsulların üzərindəki yarlıq dəyişdirilərək satılır. Onun sözlərinə görə, firma dondurulmuş balığı Çindən gətirir və vaxtı bitdikdən sonra üzərindəki etiket dəyişdirilərək satılır.
Rasim Behbudovun sözlərinə görə, bu səbəbdən işdən də çıxıb. İşdən çıxdıqdan sonra isə İqtisadiyyat Nazirliyinə müraciət edib.
İddialarla bağlı firmadan bildirildi ki, deyilənlər yalan və böhtandır.
Həmçinin qeyd olundu ki, Rasim Behbudov haqqında bir neçə dəfə şikayət gəldiyi üçün və deyilən sənədləri təqdim etmədiyindən firma tərəfindən işdən çıxarılıb. Yəni, öz istəyi ilə çıxmayıb.
İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, Rasim Behbudov Antinhisdar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə dəvət olunub və ərizəsi alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu