Gənclik və intellekt problemi müzakirə olunub - - FOTO
Bizi izləyin

Sosial

Gənclik və intellekt problemi müzakirə olunub - - FOTO

“Fəlsəfəçilər Akademiyası”nın təşkülatçılığı ilə

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində “Fəlsəfəçilər Akademiyası” özfəalliyət qrupunun gəncləri “Gənclik və İntellekt problemi” mövzusunda müzakirə təşkil ediblər.

Tədbirin qonaqları araşdırmaçı, fizik Yalçın İslamzadə, jurnalist, AzVision az saytının baş redaktoru Vüsal Məmmədov və teleaparıcı Murad Əzimzadə olub.

Tədbirdə tələbələr, müəllimlər və media nümayəndələri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Müzakirənin əsas predmeti kimi intellekt və gənclərin cəmiyyətdə rolu, elmin əhəmiyyəti və s. məsələlərə toxunulub.

Tədbirin təşkilatçıları jurnalist, yazar Tural İsmayilov, yazar Tural Cəfər sonda qonaqlara və iştirakçılara tədbirdə iştiraklarına görə təşəkürlərini bildirdilər. Fəlsəfəçi gənclər bu tip tədbirlərin davamlı olacağını qeyd edibər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm