Bakıda mason məbədi? - Ortaya çıxanlar təşviş yaradıb - - VİDEO
Bizi izləyin

Sosial

Bakıda mason məbədi? - Ortaya çıxanlar təşviş yaradıb - - VİDEO

Quql məpdə axtarış zamanı Bakıda müəmmalı məkan aşkar edilib.

Quql məpdə axtarış zamanı Bakıda müəmmalı məkan aşkar edilib. "Mason məbədi" adı ekranda görünən bu yer insanları təşvişə salıb. İnternetdə mason məbədi axtarışa etdikdə “Sədərək” ticarət mərkəzinin piramida formalı bir hissəsi ortaya çıxır.

Bu maraqlı məkanı axtarmaq qərarına gəldik.

Ərazidə ticarətlə məşğul olanlar bunun kim tərəfindənsə qəsdən edildiyini deyirlər. Ticarət mərkəzinin sözçüsü məsələdən xəbərdar olduqlarını, amma o adın necə ora düşdüyündən xəbərsiz olduqlarını bildirir.

Satıcılar da burda belə bir məbəd haqqında heç bir məlumatları olmadıqlarını deyirlər.

Quqlın xəritə funksiyasına məkan əlavə etmək həftələrlə vaxt aparan məsələdir. Görünən odur ki, ticarət obyektini mason məbədi kimi qeydiyyatdan keçirmək kimlərinsə marağında olub.

İnternet üzrə ekspert Elçin Məmmədov təkzib edildiyi halda həmin yer adını silməyin mümkün olduğunu bildirir.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Xəzər Xəbər”ə açıqlama verib. Mətbuat xidmətindən verilən məlumata görə, bu adda məbəd dövlət qeydiyyatından keçməyib. Ümumiyyətlə Dövlət Komitəsinə qeydiyyatla bağlı bu adda hansısa bir qurumdan müraciət daxil olmayıb.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm