Magistral su kəmərində baş vermiş qəzanın fəsadları aradan qaldırıldı
Bizi izləyin

Sosial

Magistral su kəmərində baş vermiş qəzanın fəsadları aradan qaldırıldı

Artıq əhali fasiləsiz içməli su ilə təmin edilib.

Fevralın 2-də Bakıya gələn magistral su kəmərində baş vermiş qəzanın fəsadları aradan qaldırılıb.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmənın rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Bakı Su Kanal İdarəsinin briqadaları və xüsusi texnikaları hadisə yerinə cəlb edilib və dünən axşam saatlarında problem aradan qaldırılıb. Belə ki, dünən axşam saatlarında iş yekunlaşıb, hidravlik rejim bərpa olunub. Artıq əhali fasiləsiz içməli su ilə təmin edilib.

Qeyd edək ki, fevralın 2-də magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "Azərsu" ASC paytaxtın Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacacağı ilə bağlı məlumat yaymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm