• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

İcra başçısının jurnalist qızı vurması məsələsi Milli Məclisdə müzakirə olundu

  • Sosial
  • 14 Aprel 2017 14:18
  • 925 Baxış
İcra başçısının jurnalist qızı vurması məsələsi Milli Məclisdə müzakirə olundu

“Son günlər Yasamaldakı “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ gündəmə gəldi. Sonra məlum oldu ki, məscid hüquqi şəxs kimi qeydiyyatdan keçməyib”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, dövlət tərəfindən məscidlərə qarşı guya təzyiq olması barədə görüntü yaratmağa çalışırlar:

“Elə vəziyyət yaratmağa çalışdılar ki, guya dövlət tərəfindən məscidlərə qarşı təzyiq var. Amma Prezident tapşırıq verib ki, məscid üçün daha yaxşı yer seçilsin”.

F.Mustafa jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında yaranan mübahisəyə də münasibət bildirib:

“Mən həmin videoya baxdım. Orada icra başçısı jurnalistə normal şəkildə deyir ki, məsələyə aydınlıq gətirilsin məlumat veriləcək. Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq azadlığı yox. O videonu biz də izlədik, orada icra başçısı jurnalistə şillə vurmur. Yasamalın icra başçısı elə adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”.

Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən saqqalllıların kimliyi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılsın:

“Əminəm ki, onlar barəsində araşdırılma aparılsa, məlum olacaq ki, hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimzi cəsus yuvasına çevrilsin. Bu, məsələ mütləq araşdırılmalıdır”.

Q.Həsənquliyev xanım jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı arasında yaşanan insidentlə bağlı da danışıb.

Deputat bu məsələ ilə bağlı Mətbuat Şurasının monitorinq keçirməsini təklif edib.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR