Sosial
Ən çox maraq hansı peşələrədir?
İlk peşə-ixtisas təhsili müəssisələrinə ən çox maraq azpaz ixisasınadır. Bu ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi var.
Publika.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.
A.Əlili bildirib ki, Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə
həyata keçirdiyi layihə çərçivəsində avqustun 1-dən bu günə qədər 5
minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.
“Gözlənildiyi kimi, peşə-ixtisas təhsili müəssisələrinə qəbula
böyük maraq var. Valideynlər “ASAN xidmət” mərkəzlərinə gələrək
ixtisaslarla maraqlanır, mütəxəssislərimizin köməyindən istifadə
edərək müvafiq ixtisasları seçirlər. Bəzi ixtisaslara böyük maraq
olduğu halda tamamilə diqqətdən kənarda qalan ixtisaslar da var”.
A.Əlilinin sözlərinə görə, bu vəziyyət qəbulun növbəti mərhələsində
daha çox namizədin kənarda qalmasına səbəb ola bilər: “Bəzi
ixtisaslara həddən artıq böyük maraq var, bəziləri isə yeni
olduğundan seçən yoxdur. Vətəndaşların məlumatsızlığı, standart
ixtisas seçmələri, yalnız bir ixtisasa və ya bir peşə təhsil
müəssisəsinə üstünlük verməsi növbəti mərhələdə onların özləri üçün
problem yarada bilər”.
A.Əlili ötən günlər ərzində müşahidə etdikləri problemlərə də toxunub: “Maraqlıdır ki, valideynlər “ASAN xidmət” mərkəzlərində qeydiyyatdan keçdikdən sonra məktəblərə gedir və sonradan qayıdıb ərizələrini dəyişdirirlər. Ümumiyyətlə, müşahidə edirik ki, bəzi valideynlər yenə də yaradılan şəraitdən yararlanmır, gənclərin sahəyə olan maraqlarını dəyərləndirmirlər”.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin mütəxəssislərinin mütəmadi olaraq reydlər, qəbul mərkəzlərinə baxış keçirdiyini vurğulayan A.Əlili aşkar etdikləri hər hansı nöqsanın dərhal aradan qaldırıldığını və belə hallar olduğu halda vətəndaşların Agentliyə məlumat verməsinin vacibliyini də vurğulayıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu