Sosial
Nazir zorakılığa məruz qalan qadınlarla görüşdü - - FOTO
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbir zamanı çıxış edən nazir hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə, həmçinin nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri həyata keçirildiyini deyib: “2013-cü ildə 30 belə layihə icra olunubsa, cari ildə onların sayı 70-i ötüb. Məişət zorakılığından zərər çəkənlərə də qeyri-dövlət yardım mərkəzləri tərəfindən ehtiyac duyduqları xidmətlər göstərilir, habelə onların sığınacaqla təminatı həyata keçirilir. “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi də 2013-cü ildə akkreditasiyası həyata keçirilib və hazırda öz fəaliyyət sahəsində müsbət iş təcrübəsi ilə seçilib. Son illərdə həmçinin bu təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında sosial xidmət layihəsi də icra edib və məişət zorakılığından zərər çəkən uşaqlara həmin layihə çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlər göstərib”.
İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilatın fəaliyyəti barədə məlumat verib. O, təşkilatın məişət zorakılığından zərər çəkmiş qadın və uşaqların müdafiəsi, həmin insanların zəruri sosial xidmətlə, hüquqi, tibbi, psixoloji yardımla, sığınacaqla təmin edilmələri və s. istiqamətlərdə gördüyü işləri diqqətə çatdırıb. M.Zeynalova aparılan işlərin davamı kimi, cari ildə “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib.
Tədbirdə İctimai Birlik tərəfindən məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib, bir sıra tövsiyələr verilib. Eyni zamanda bu sahədə işin səmərəliliyinin artırılması üçün dövlət tərəfindən belə sığınacaqların açılmasının, qeyri-hökumət təşkilatlarının isə daha çox ilkin müraciətləri qəbul edərək, müvafiq şəxslərin həmin sığınacaqlara yönləndirilməsi funksiyalarını yerinə yetirməsinin məqsədəuyğunluğu barədə təkliflər səsləndirilib.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri