• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Türkiyəli nazir Azərbaycana gəlir

  • Sosial
  • 30 Yanvar 2018 16:07
  • 813 Baxış
Türkiyəli nazir Azərbaycana gəlir

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyəti yanvar ayının 31-də ölkəyə səfər edəcək.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Məlumatda bildirilir ki, Türkiyəli nazir özünün nümayəndə heyətinin tərkibinə nazirliyin rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü də daxildir. Səfər fevral ayının 3-ə qədər davam edəcək.

İki gün davam edəcək səfərin ilk günü nümayəndə heyətinin ölkəmizdə bir sıra rəsmi görüşlərinin keçirilməsi nəzərdə tutulur. Səfərin ikinci günü isə Azərbaycan və Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokolun imzalanması gözlənilir.

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakının tarixi və mədəni abidələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrı - ayrı müəssisələri ilə tanışlığı da nəzərdə tutulub.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR