Sosial
Uşaq müdafiəsi üzrə qlobal sammit keçirilir
Çinin Uşaqlara Hüquqi Dəstək və Tədqiqat Mərkəzi Alibaba Group Şirkətlər qrupunun dəstəyi ilə 18-25 mart tarixlərində Çinin paytaxtı Pekin şəhərində “A20 Qlobal Uşaq Müdafiəsi Sammiti”ni keçirir.
Sammitdə Afrika, Asiya və Avropadan 21 ölkə və 40-a yaxın vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq və dövlət qurumları iştirak edir. Sammitin əsas məqsədi uşaq müdafiəsi sahəsində qlobal əməkdaşlığı gücləndirmək, uşaqları yoxsulluqdan, zorakılıqdan və etinasızlıqdan qorumaq üçün xidmət və proqramların yaradılması üçün bilik və təcrübə mübadiləsi etmək, eləcə də iştirakçı ölkələrin uşaq müdafiəsi sahəsində səylərini birləşdirməsi üçün interaktiv platformanın yaradılmasından ibarətdir.
Qlobal Sammitdə iştirakçı ölkələrə və qurumlar uşaqlara qarşı zorakılığın aradan qaldırılması, uşaqların cinsi isitsmarına qarşı mübarizənin artırılması, onlara göstərilən səhiyyə, təhsil və psixo-sosial xidmətlər və uşaq müdafiəsi sahəsində çalışan təşkilatların üzləşdikləri çətinliklərlə bağlı panel müzakirələri həyata keçirilib. Ölkəmizi sammitdə “Azərbaycan Uşaqları” İcitmai Birliyinin sosial iş üzrə eksperti Lamiyə Rzayeva təmsil edir.
L.Rzayeva müxtəlif sessiyalarda Azərbaycanda uşaq müdafiəsi sahəsində hazırkı vəziyyət, görülən işlər, əldə edilən uğurlar və çatışmazlıqlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, sammit çərçivəsində həmçinin UNICEF-in Çin nümayəndəliyi, “Plan International” təşkilatı, Banqladeşin Vətəndaş Cəmiyyətinin İnkişaf Fondu, Liberiya Uşaq İnkişafı Təşkilatının nümayəndələri ilə yanaşı, “Uşaqlara qarşı zorakılığın aradan qaldırlması” üzrə panel müzakirəsində spiker olub.
Qlobal Sammitin nəticəsi olaraq beynəlxalq platformanın yaradılması, uşaq müdafiəsinin gücləndirilməsi üzrə beynəlxalq əməkdaşlığın artırlması nəzərdə tutulub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu