• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Əfv sərəncamının icrası başa çatdı - FOTO (YENİLƏNİR)

  • Sosial
  • 25 May 2018 14:30
  • 1 206 Baxış
Əfv sərəncamının icrası başa çatdı - FOTO

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Publika.az xəbər verir ki, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

***

Pentensiar Xidmətin müalicə müəssisəsində əfv sərəncamı icra olunub.

Publika.az xəbər verir ki, bu müəssisədə mülaivə alan 17 məhkum azadlığa buraxılması ilə bağlı bületen verilib.

Onlardan 1-i qadındır. Pentensuar Xidmıtinin rəis müavini Oqtay Məmmədov əfv olunan məhkumları təbrik edib. Obudsman Elmira Süleymanova bildirib ki, bu ən böyük əfv sərəncamıdır:

"Bundan əvvəl Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnstiya olub, həmin amnistiya ilə 10 mindən çox məhkum azadlığa buraxılıb. Bu əfvə sevinənlər oldu. Ailəsi yolunu gözləyən oldu. Azadlığa qovuşanlar arasında ağsaqqalar var. Ümidvarıq ki, bu əfv olinanlar bir də qanunu pozmayacaqlar, ətrafında olanları da cinayətdən uzaq olmağa çağıracaqlar. Cəmiyyətdə yerlərinizi tutmağı, həyatınızı qurmağı tövsiyyə edirik. İş tapmaq indi çox asandır, bundan da faydalanmağınızı arzulayırıq".

Daha sonra məhkumlara əfv olunmaları ilə bağlı bületenlər verilib. Bu müəssisədə məhkumların əksəriyyəti ağır vəziyyətdə olub, əfv bületenləri onların özlərinə tədbir olan yerdən kənarda şəxsən təqdim olunub. Müəssisədə müalicə alan məhkum qadın Xənimə Əliyevaya da əfv bületeni verilib. Əlil olan qadın əfv olunmasənda əməyi olanlara, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Deyib ki, azadlığa çıxmaq onun həmişə arzusu olub. Qeyd edib ki, bu yolu gözləyib:

"Allahdan həmişə azadlığa çıxmağı arzulamışam. Bu gün bu da mənə nəsib oldu, çox şükür Allahıma ki, bu arzum ürəyimdə qalmadı. Bu yaşlı çağımda mənə də azadlığa çıxmaq nəsib oldu".

***

Əfv sərəncamının icrası 17 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Publika.az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 13 nəfər məhbus əfv olunub. 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanov məhkumları təbrik edib.

***

Əfv sərəncamının icrası 9 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Publika.az xəbər verir ki, cəzaçəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov bildirdi ki, 9 nəfər cəzasının qalan hissəsindən azad edilib:

"Prezident İlham Əliyevin imzaladığı sərəncamlar arasında bu dəfəki əfv xüsusilə seçilir. Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu il cənab prezidentimiz 600 nəfərdən çox məhbusu cəzalarının qalan hissəsindən azad edib. 9 saylı cəzaçəkmə müəssisəsində 9 nəfər əfv olunaraq azadlığa buraxılır. Ümid edirik ki, bu gün əfv olunan məhkumlar bir daha məhkumluq həyatı yaşamayacaqlar".

Əfv olunan Süleymanov Ramid 2 il 2 ayı bağışlandığı üçün prezidentə təşəkkür edib:

"4 il 6 ay müddətinə həbs edilmişdim. Avtomobillə adam vurmuşdum. Cəzamın 2 il 5 ayını çəkdim. Qalan 2 il 1 ayını əfv etdilər. Prezidentimizə dərin təşəkkürümü bildirirəm".

Fərid Məmmədov anası Məmmədova Fəridə deyir ki oğlunun azad olunmasını dünən xəbər alıb:

"Oğlum Fərid Məmmədov 6 il həbs almışdı. Cəzasının 3 il 9 ayını çəkib. Prezidentimizdən Allah razı olsun. Qalan illərini bağışladılar. Allah heç kimin yolunu həbsxanalara salmasın".

Əfv edilən məhkum Fərid Məmmədov deyir ki, adının əfv olunanlar siyahısında olduğunu öyrəndikdə inana bilməyib:

"Cəzamın bitməsinə 3 il qalmışdı. Əfv siyahısında adımı eşidən zaman hansı hissləri keçirdiyimi izah edə bilmirəm. Azadlıqda olan hər kəsə cinayətdən uzaq olmağı arzu edirəm. Prezident İlham Əliyevə mənə və ailəmə bu sevinci yaşatdığı üçün təşəkkür edirəm".

***

Əfv sərəncamının icrası Bakı İstintaq Təcridxanasında davam edib.

Publika.az xəbər verir ki, təcridxananın rəisi Elnur İsmayılov bildirib ki, 6 nəfər cəzasının qalan hissəsindən azad edilib: "Prezident İlham Əliyevin imzaladığı sərəncam mühüm addımdır. İnanıram ki, əfv olanlar bir daha məhkumluq həyatı yaşamayacaqlar".

Əfv olunan Sərxan Hüseynov bildirib ki, 6 il azadlılıqdan məhrum edilib: "2014-ci ildə 6 il azadllqdan məhrum olunmuşam. Cəzamın bitməsinə 60 gün qalmışdı. Əfv siyahısında adımı eşidən zaman hansı hissləri keçirdiyimi izah edə bilmirəm. Azadlıqda olan hər kəsi cinayətdən uzaq olmağa səsləyirəm. Prezident İlham Əliyevə bu sevinci biz məhkumlara yaşatdığı üçün təşəkkür edirəm".

Əfv olunan İsa Süleymanov bildirib ki, heç kimə azadlıqdan məhrum olmanı arzulamır: "4 il azadlıqdan məhrum olunmuşdum. Məhkumluğumun bitməsinə 1 il yarım qalmışdı. Əfv olunmaq gözəl hissdir. Həbsxanada olanların hamısına azadlıq arzulayıram".

İsa Süleymanovun anası Solmaz Süleymanova oğlunun əfv olunmasını qohumundan öyrənib: "Qohumum zəng etdi ki, İsa əfv edilib. İnana bilmədim. Tez internetdə adına baxdıq. Səhərdən gəlib onu gözləyirəm. İsa bir səhv edib. Bir daha bu səhvi təkrar etməməsini arzulayıram. Özü də səhv etdiyi üçün peşmandı. Məhkum olunanların ailələrinə bu cür sevinc hissi yaşamalarını arzu edirəm".

***

2 saylı cəza çəkmə müəssəsində əfv sərəncamı icra edilib.

Publika.az xəbər verir ki, cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov 2 saylı cəzaçəkmə müəssisəsindən əfv olunan 62 məhkumu təbrik edib: "Bu dəfə Prezidentin sərəncamı ilə 600 nəfərdən çox məhkum əfv edilərək azadlığa buraxılıb. Ümid edirik ki, bundan sonra heç birinizin yolu bu müəssisələrə düşməyəcək".

Daha sonra əfv olunan 62 məhbusa azad olunmaları ilə bağlı sənəd paylanılıb.

Onlar arasında 4 nəfər əcnəbi vətəndaş var.

Azadlığa çıxan məhbuslar əfv olunduqları üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Əfv olunann Rəhimov Kamran Niyaz oğlu adam bıçaqlaqdığı üçün 5 il azadlıqdan məhrum edildiyini bildirib: "Cəzamın 2 il 6 ayını çəkmişəm. 3 ilim qalmışdı. Prezidentimizə təşəkkür edirəm. Heç gözləmirdim, çox sevindim".

***

İlk azadlığıa qovuşan Gündüz Babayeva olub. O, azadlığa azyaşlı uşağı ilə buraxılıb. Qeyd edək ki, Gündüz Babevanın övladı həbsdə dünyaya gəlib. Azyaşlı uşaqla anası azadlığa çıxmaq sevincini göz yaşları ilə qarşılayıblar.

Gündüz Babayeva narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib.

Sonra əfv olunan digər qadınlar çıxış ediblər. Onlar azadlığa qovuşmaları ilə bağlı Prezident İlham Əliyevə təşəklürlərini bildiriblər.

Əfv olunan məhkum Xatirə Bayramova onu övladına qovuşduran prezidentə təşəkkürünü bildirib. O deyib ki, həyat yoldaşını 2013-cü ildə bıçaqlqyıb, 6 il 9 ay iş alıb.

Məhkim olunan və əfvə düşən Gülnarə Əzizova da Masallı rayonunda ərini bıçaqlamaqda təqsirli bilinib.

***

"Dünən Prezident əfv sərəncamı imzalayıb. Biz də sərəncamın icrasını təşkil edirik".

Publika.az xəbər verir ki, bunu Pentensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bildirib. O, qeyd edib ki, sərəncamın icrası ilə bağlı təşkilatı tədbirlər görülür: "Məhkumların azadlığa buraxılması üçün qruplar təşkil olunub. Əfv olunan məhkumların azadlığa buraxılması yüksək səviyyədə həyata keçiriləcək".

***

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti QHT-lərin, KİV nümayəndələrinin, millər vəkillərinin iştirakı ilə əfv sərəncamının icrasına başlayıb.

Publika.az xəbər verir ki, sərəncamın icrası Pentensiar Xidmətin cəza çəkmə müəssislərində həyata keçirilir. Əfv olunan bütün məhkumlar günün sonuna kimi azadlığa buraxılacaq.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamı 634 nəfərə şamil edilib. Sərəncamla 607 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9, cərimə cəzasına məhkum edilmiş 11 cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

Könül Cəfərli

Hacı Zeynalov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR