Sosial
Yeni şəxsiyyət vəsiqələrinin verilmə tarixi açıqlandı - VİDEO
Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrinin nümunəsi artıq hazırdır.
Xəzər Xəbər-in məlumatına görə, vəsiqələrin verilməsinə bu ilin sentyabrın 1-dən başlanılacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, yeni nəsil vəsiqələrinin bir çox üstünlükləri var. Bu vəsiqələr iki növ elektron sertifakatla təmin edilib.
Yeni nəsil vəsiqələri istənilən növ kart-oxucu vasitənin köməyi ilə istifadə etmək olacaq.
Yeni vəsiqələr mərhələlərlə dəyişdiriləcək və yalnız 10 yaşından yuxarı şəxslərə veriləcək. Vəsiqələrinin vaxtı bitmiş vətəndaşlar yeni vəsiqəni həm "ASAN xidmət" mərkəzləri, həm də polis idarələrindən ala biləcəklər. Vəsiqələrin üzərindəki elektron imza sertifikatı isə vətəndaşın istəyinə əsasən aktivləşdiriləcək və müddəti 5 il olacaq. Bu vəsiqələr dövriyyəyə buraxıldıqdan sonra ölkədə elektron xidmətlərdən istifadənin genişlənəcəyi gözlənilir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan