Dövlət sərhədlərimizdən keçid təkmilləşir, nəzarət artır - FOTO
Bizi izləyin

Sosial

Dövlət sərhədlərimizdən keçid təkmilləşir, nəzarət artır - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

DSX-nın Mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçmə prosedurlarının sadələşdirilməsi, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib, buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Dövlət orqanlarının rəhbərləri tərəfindən dövlət sərhədindən buraxılış məntəqəsində olan vətəndaşlarla görüş keçirilib, onların müraciət və təklifləri dinlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm