Azərbaycanda qədim təndir tapıldı - FOTO
Bizi izləyin

Sosial

Azərbaycanda qədim təndir tapıldı - FOTO

İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən ərazidə ilkin arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib.

Publika.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli arxeoloji ekspedisiyasının rəhbər Mikayıl Mustafayev rəhbərliyi ilə aparılan qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib, hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan tədqiqatlar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, həmçinin digər maddi mədəniyyət nümunələri aşkar edilib. Üzərində rəngli naxışlar olan, əl ilə döymələr vurulan bir çox məişət əşyası da üzə çıxıb.

Qazıntının ilk mərhələsi Qızıltəpənin orta əsrlərə aid olduğunu göstərsə də, mütəxəssislər hesab edir ki, qazıntıların sistematik davam etdirilməsi daha qədim tarixə malik mədəni qatları aşkar edə bilər.

Hazırda abidənin ilkin kartoqrafik qeydi və kvadrokopter çəkilişi aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm