Sosial
Nazirlik təsərrüfat sahiblərinə "fermer kartı" verir
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödəniləcək.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq.
Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq.
Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.
Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər həmçinin, kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.
“Fermer kartı”nın ilkin olaraq, “Kənddən Şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq etdiyi Quba rayonu Zərdabi kənd sakini Tahir Cəfərov və Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu