Sosial
Bakı metrosunda retro vaqonlar olacaq, kosa və keçəl hədiyyə paylayacaq
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 19-20 mart tarixlərində retro vaqonlar yenidən xəttə buraxılacaq: "Retro vaqonlardan ibarət qatar tərkibi bayram günlərində xəttə buraxılacaq. Həmin qatar tərkibi SSRİ metropoliteninin "A" tipli vaqonu, 1956-cı ildə istehsal olunan "B" tipli və 1970-ci illərdə istehsal olunan "E-J" tipli vaqonlardan ibarət olacaq".
B.Məmmədovun sözlərinə görə, bu bayramda metroda sərnişinləri daha əyləncəli proqram gözləyir: "Bu vaxta qədər Novruz bayramı ərəfəsində metro stansiyalarında yalnız konsert proqramları olurdu. Bu il isə konsert proqramları ilə yanaşı, bayram günlərində metroda elektron musiqi də səsləndiriləcək. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Kosa və keçəl azyaşlılara bayram hədiyyələri paylayacaq. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu