Sosial
10 milyonuncu sakinin dünyaya gəlməsi şərəfinə Şəkidə at yürüşü keçirildi
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə aprelin 8-də Oğuz elinin qədim yaşayış məskənlərindən biri olan, Şəki rayonunun Daşbulaq yaylağında at yürüşü təşkil edilib.
Respublika Milli Atüstü Oyunları Mərkəzinin Şəki filialının təşkilatçılığı ilə keçirilən yürüşdə 12 iştirakçı 20 kilometr məsafə qət edib. Yarışmanın nəticəsinə görə Şəki idmançısı Elvin Babayev I yerə layiq görülüb. Ağcabədi rayonundan Elbrus Əliyev və Oğuz rayonundan yarışa qoşulmuş çapar Yavər Namazov II və III yerləri bölüşüblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışma Şəki Regional Mədəniyyət İdarəsnin kollektivi tərəfindən izlənilib. Mərkəzin Şəki filialının direktoru Elman Qədirov KİV nümayəndələrinə müsahibə verərək, Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsinin ölkəmiz üçün çox əlamətdar hadisə olduğunu və əhalinin sayının artmasının ölkəmizdə insanların sosial rifahının durmadan yaxşılaşdığını deməyə əsas verirdiyini qeyd edib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu