Sosial
Nazirliyin mətbuat katibinə yeni vəzifə verildi
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov informasiyanın operativ şəkildə ictimaiyyətə çatdırılması üçün məsul şəxs təyin edilib.
Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq, Mədəniyyət Nazirliyinin müvafiq qərarı ilə informasiyanın operativ şəkildə ictimaiyyətə çatdırılması və onun əldə olunmasının təmin edilməsi, habelə ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.
“Etik davranış qaydaları haqqında” qanuna və “Azərbaycan Respublikasında Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, nazirliyin müvafiq əmri ilə Mədəniyyət Nazirliyində və nazirliyin qurumlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisəli məsələlərin həlli məqsədilə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərov etik müvəkkil təyin edilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu