Azərbaycanda bu rüsumlar ləğv olundu - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda bu rüsumlar ləğv olundu - VİDEO

Video əlavə olunub.

***

Azərbaycan parlamenti “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, dəyişiklik aqrar sığorta informasiya sistemindən məlumat əldə etməyə görə ödənişin tələb olunmamasını nəzərdə tutur.

Qanunun 27-ci (Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar) maddəsinə edilən əlavəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatlarının (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunan digər məlumatlar), ünvanının, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquqların, hüquqların yüklülüyünün (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatların əldə olunması dövlət rüsumundan azaddır.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm