• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

FHN yanğın-taktiki təlim keçirdi - FOTO

FHN yanğın-taktiki təlim keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Heydər Əliyev adına neft emalı zavodunun 7 saylı istehsalatın 2 saylı əmtəə parkında 3 nömrəli “Köpük” çağırışı ilə “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-dən Publika.az-a bildiriblər ki, təlimdə yanğın zamanı Heydər Əliyev adına neft emalı zavodunun texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini məşq etdirmək qarşıya məqsəd qoyulub. Təlimdə, həmçinin vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanması, yerləşdirilməsi və onların idarə olunması, əməliyyat sənədlərinin hazırlanması, yanğın zamanı rabitə və arxa sahənin təşkili, yanğın zamanı ilkin hərəkətlər məşq etdirilib. Döyüş əməliyyatlarının aparılması zamanı şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi də diqqət mərkəzində duran vəzifələrdən olub.

Təlimdən əvvəl “Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat”ın tələblərinə uyğun olaraq, əmtəə parkının ərazisində hər birinin həcmi 10 min kubmetr olan yeddi çənin, köpük generatorunun, ildırımötürücünün, nəfəsalma klapanı və soyutma borusu nasosxanasının, paylayıcı yarımstansiyanın, köpüklə söndürmə və su nasosxanasının, təsərrüfat məişət, istehsalat, sənaye leysan kanalizasiya xətlərinin və s. əməliyyat-taktiki xüsusiyyətləri öyrənilib. Mövcud rabitə vasitələrinin, su təchizatının vəziyyəti təhlil olunub, bu tip obyektlərdə baş verə biləcək yanğınların söndürülməsinin təşkili, şəxsi heyətin hazırlığı və təlimin maddi-texniki təchizatının təmin olunması ilə bağlı zəruri tədbirlər görülüb.

Təlimə cəlb olunmuş DYMX-nin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə qurumlarının, Bakının Nizami, Sabunçu, Nərimanov, Xətai Rayon Dövlət Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın tam ləğv edilib.

Sonda şəxsi heyətin yaranmış şəraiti düzgün dəyərləndirmək, həlledici istiqamətləri təyin etmək bacarığı qiymətləndirilib, peşə hazırlığının təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Peşə vərdişlərinə yiyələnmək məqsədilə FHN-in Akademiyasında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlar yanğın taktiki-təlimi müşahidə ediblər. Onlara “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda məlumat verilib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR