Sosial
ABŞ-ın Azərbaycandakı səfirliyi iftar süfrəsi açdı - FOTO
ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar süfrəsi açıb.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, iftar süfrəsinə Şuşa rayon Malibəyli kənd məktəbində Səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri də iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev iftar süfrəsində çıxış edib.
Səfir Litzenberqer öz çıxışında deyib: "Martda ölkəyə gələndən Azərbaycan, onun dini tolerantlıq ənənələri barədə çox şey öyrənmişəm. Tolerantlıq il boyu vacibdir, amma Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir".
ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Ceffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki, qeyd olunur. Bu gün 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyəçilik və bağışlama kimi ümumi dəyərlərimiz barədə düşünür.
-
Dünya21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir


































.jpg)

