Sosial
Deputat: “Qiymət artımı üçün əsas yoxdur”

Minimum əmək haqqının artırılması, təqaüdçülərin dəstəklənməsi böyük hadisədir. Bunun nəticəsində çoxsaylı insanlar kasıbçılıq kateqoriyasından çıxacaq. Eləcə də dövlətçiliyi, sərhədlərimizi qoruyan strukturların əməkdaşlarının, hərbi qulluqçuların əmək haqlarının 40 faiz artırılması müsbət hadisədir. Bu, bizim hərbçilərimizin mənəvi ruhuna, vətənpərvərlik hisslərinə də müsbət təsir edir.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə deputat Elmira Axundova “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, müvafiq strukturlar bu artımların ərzaq məhsullarının qiymətinin bahalaşmasına səbəb olmaması üçün çalışmalıdır: “Eləcə də bank sisteminin əməkdaşları çalışmalıdır ki, manat dəyərdən düşməsin. Maliyyə naziri Samir Şərifovdan soruşmaq istərdim ki, bu cür halların baş verməməsi üçün priventiv tədbirlər görülürmü? Çünki əksər hallarda əmək haqqı artan kimi ərzaq məhsullarının qiyməti qaldırılır. Baxmayaraq ki, bunun üçün əsas yoxdur”.

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq