Sosial
Azərbaycanda icra başçısı sahədə əkinçilərlə birgə kartof yığdı - FOTOLAR
Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, onların yerli investorlara çevirilməsi siyasəti hazırda Şəmkir rayonunda da icra olunur.
Publika.az xəbər verir ki, bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində rayon sahibkarları qeyri-neft sektorunun inkişafı istiqamətində yeni-yeni meqa layihələr həyata keçirir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkib, qayğı və çətinlikləri ilə yaxından maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.
Sahədə çalışan işçilərlə tək-tək söhbət edən icra başçısı kartof yığımında da iştirak edib.
Təsərrüfat sahibi tərəfindən Alimpaşa Məmmədova bildirilib ki, kartof 50 hektar ərazidə əkilib və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ərazidə Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi çalışır. Cari idə məhsuldarlığın əvvəlki illərə nisbətən daha çox olduğunu deyən fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə də Bakı şəhərində yerləşən Meyvəli bazara çıxarıldığını bildirib.
Daha sonra sahibkara məxsus 2500 ton tutumu olan soyuducu anbara baxış keçirilib.
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu





































.jpg)

