Sosial
Evlərin icbari sığortası ilə bağlı UNİKAL TƏKLİF: Vətəndaşlar birgə... - VİDEO
Son günlərdə “daşınmaz əmlakını icbari sığorta etdirməyən şəxslərə cərimə tətbiq olunacaqmı” sualı hamını düşündürür. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev hökumətə ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcək mühüm tapşırıqlar verdi. Xüsusilə, maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalı olduğunu qeyd etdi. Bu da vətəndaşları cərimələmədən daha çox maarifləndirmə məqsədinin olduğunu göstərdi.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Publika.az-a açıqlamasında bildirib ki, keçən ilin sonunda cərimələnmə ilə bağlı ajiotajı sığorta şirkətləri yaradıblar:
“Ötən ilin sonunda ajiotajı yaradan dövlət orqanları deyil, sığorta şirkətləri idi. İl sonunda gəlir əldə etmək üçün istədilər ki, vətəndaşlar dərhal gəlib, əmlaklarını sığorta etdirsinlər. Əgər sığorta şirkətləri vətəndaşlara təklif göndərsəydi, problem yoxdur. Amma onlar bunu bildiriş, qorxutmaq formasında etdilər və bununla digər sığorta şirkətlərinin də haqqına girmiş oldular”.
Hüquqşünas vətəndaşlara daşınmaz əmlakın sığortası ilə bağlı təklif də edib:
“Mənim başqa bir təklifim var. Ötən il sığorta fəaliyyəti haqqında qanuna çox mühüm bir dəyişiklik oldu. Qanuna sığortanın yeni növü -müştərək sığorta daxil edildi. Azərbaycanda bu gün mövcud olan sığorta şirkətləri kommersiya şirkətləridir. Müştərək sığorta isə qeyri-kommersiya məqsədli şirkətdir. Bunun mahiyyəti ondan ibarətdir ki, siz sığorta şirkətinə 1 il üçün ödəniş etdiyiniz 50 manat ödəniş bu müddətdə heç bir hadisə baş vermədisə, sığorta şirkətinin sahiblərinin cibinə gedir. Müştərək sığorta isə tamamilə fərqlidir”.
Onun sözlərinə görə, vətəndaşlar belə bir şirkət təsis etsələr, kənardan heç kim gəlir əldə etməyəcək:
“Müştərək sığorta şirkətinin sahibləri elə sığorta etdirənlərdir. Sığorta şirkətini özümüz təsis edirik. Ordan heç kəs gəlir götürə bilmir. Pulumuz sığorta şirkətinin öz xərclərinə və sığorta hadisəsi baş verərsə oraya xərclənir. Qalan pul isə heç kimin cibinə getməyəcək, növbəti illərə keçəcək. Təklif edirəm ki, vətəndaşlar belə sığorta şirkətini özləri təsis etsinlər”.
Sevinc Xanqızı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)