"Dədə Qorqud" Milli Fondu Vaqif Şadlinskini "Vətən övladı" ordeni ilə təltif etdi
Bizi izləyin

Sosial

"Dədə Qorqud" Milli Fondu Vaqif Şadlinskini "Vətən övladı" ordeni ilə təltif etdi

Dədə Qorqud Milli Fondu "Azərbaycan Dünyası" beynəlxalq jurnalının Ali Şurası tibb elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Şadlinskini 80 illik yubileyi münasibətilə "Vətən övladı" ordeni ilə təltif edib.

Görkəmli alimin təntənəli yubiley mərasimində çıxış edən Dədə Qorqud Milli Fondunun rəhbəri, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, 23-cü Nəsimi-Səbail seçki dairəsi üzrə deputatlığa namizəd Eldar İsmayılov yubilyarı təmsil etdikləri qurumlar, eləcə də bütün Türk Dünyası adından təbrik edib və "Vətən övladı" ordenini təqdim edib.

Qeyd edək ki, Vaqif Şadlinski Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm