Sosial
"Azərsu" ASC Xırdalanda yolu bərbad hala salıb: Sakinlər NARAZIDIR - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsinin yolu bərbad hala salınıb.
Publika.az xəbər verir ki, sakinlər bir müddət əvvəl "Azərsu" ASC tərəfindən yolda qazıntı işləri həyata keçirildiyini deyib. İş yarımçıq qaldığından yol keçilməz vəziyyətə düşüb. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət də olunub. Ümumiyyətlə, bu yolda qışda palçıqdan, yayda toz-torpaqdan keçmək mümkün deyil.
Mövcud vəziyyətlə bağlı Xırdalan şəhər icra nümayəndəsi Rafiq Yusubov bildirib ki, şəhər ərazində yolların abadlaşdırılması istiqamətində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən işlər görülür. Bəşir Səfəroğu küçəsində yolların bərbad vəziyyətə salınmasından da xəbərləri var.
"Azərsu" ASC-nin layihə icraçısı İsmayıl Abbasov isə "Xəzər Xəbər"ə bildirib ki, ərazidə işlər karantinə görə dayandırılıb. Sakinlərin haqlı narazılığına səbəb olan problem isə karantin rejimi bitdikdən sonra öz həllini tapacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa

















.jpg)






.jpg)









.jpg)

