Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildilər - FOTO
Bizi izləyin

Sosial

Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildilər - FOTO

Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.

Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər Polis Şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm