"Postda alternativ yol açmağa cəhd edənlər var"
Bizi izləyin

Sosial

"Postda alternativ yol açmağa cəhd edənlər var"

Koronavirus pandemiyası başlayandan bu günə qədər mübarizə prosesində polis orqanları və Daxili İşlər Nazirliyi fasiləsiz olaraq iş başında olublar.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Ələt postunda qanun pozuntuları varsa, bu barədə məlumatlar verilməlidir. Daxili İşlər Nazirliyi tərəfindən bütün bu kimi məqamlar araşdırılır. Hətta postda alternativ yol açmağa cəhd edənlər var idi ki, bunun qarşısı alınmışdı. Hər birimiz bu qaydalara riayət etməliyik. Hər bir dövlət işçisi xalqın xidmətçisi olmalıdır. Qanun qarşımıza qoyulan öhdəlikdir".

Hikmət Hacıyev bildirib ki, Fransa aviaşirkəti tərəfindən Azərbaycanla uçuşların bərpası üçün müraciət edilib: "Bu onu göstərir ki, onlar ölkəmizdə tətbiq olunan koronavirusla mübarizəni yüksək qiymətləndirirlər. Bu məsələyə hazırda baxılmaqdadır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm