Rayonlara gediş-gəliş bərpa olunsun, dərslər BU QAYDADA keçirilsin - TƏKLİF
Bizi izləyin

Sosial

Rayonlara gediş-gəliş bərpa olunsun, dərslər BU QAYDADA keçirilsin - TƏKLİF

Azərbaycan Həkimlərinin İctimai Birliyinin Təşəbbüs Qrupu bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən keçirilən son brifinqdəki qərarlara yer verilib.

Bildirilib ki, bir sıra şəhər və rayonların avqustun 31-dən etibarən sərt karantin zonasından çıxarılması məqsədəuyğun hesab edilməlidir. Bununla yanaşı, həmin regionlarda karantin davranışlarına ciddi nəzarət təmin olunmalıdır. Sərt karantin rejiminin yumşaldılması prosesində göstərilən ehtiyatlılıq başa düşülən olsa da, bir sıra məslələrə aydınlıq gətirmək zəruridir:

1. Rayonlara gediş-gəlişin bağlanmasını məqsədəuyğun hesab etmirik. Əlavə bir arqument kimi qeyd etmək lazımdır ki, qanuni yolla (ezamiyyət, rayonda qeydiyyatda olan, ölkə üzrə icazəsi olan və s.) rayonlara gedənlərin sayı kifayət qədərdir. Müxtəlif, qeyri-qanuni yolla gedənlərin sayı da az deyil. Belə olan halda rayonlara gediş-gəlişin karantin şərtləri çərçivəsində təmin edilməsi gərəklidir.

2. Təhsillə bağlı aşağıdakıları məqbul hesab edirik:

a) Birinci sinfə gedən uşaqların təhsili ənənəvi qaydada fasiləsiz olmalıdır. Çünki günaşırı rejim onların dərsə adaptasiyasına mənfi təsir göstərəcək.

b) Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və reabilitasiyası ənənəvi qaydada davam etməlidir. Əslində, onlara fasilə vermək doğru deyildir. Çunki bu, qazanılmış bacarıqların itirilməsinə bərabərdir.

c) Uşaqların həftəiçi növbəli təhsili küçələrdə sıxlığın qarşısını almağa yönəlik məqsəd daşıyırsa və bu sıxlığın valideyn hesabına təhlukəli olacağını nəzərə alırıqsa, o zaman uşaqların şəhərdaxili məktəblərə xüsusi avtobuslarla daşınmasını təklif edirik. Metrolar açılarsa, bu məqsədlə "m-bus"-lar təyin oluna bilər.

d) Ölkəmizdə distant təhsilin və teledərslərin keyfiyyətinin çox aşağı olduğunu nəzərə almağı və 12 yaşadək ənənəvi təhsilin bərpasını təklif edirik. Nəzərə alsaq ki, məktəbli bir uşaqlı ailələrin sayı çox azdır, valideynlər övladlarını həm bu gün, həm sabah məktəbə aparmağa məcbur qalacaqlar, o zaman nəticə dəyişməyəcək. Yəni bir ailənin hər iki, ya hər üç uşağının eyni gün təhsil növbəsinə düşmə ehtimalı azdır.

e) Məktəblərdə, bağçalarda orta yaş müəllim və işçi heyəti qrip və pnevmonok infeksiyasına qarşı peyvəndlə pulsuz təmin olunsun.

f) Beşinci və yuxarı sinif şagirdlərinin oktyabr-noyabr ayında kollektiv görüşlərə buraxılması kəskin respirator virus infeksiyalarının sürətlə yayılmasına səbəb ola bilər. Onların sentyabrın əvvəlindən tədricən kollektivə buraxılması daha məqsədəuyğundur. Noyabr ayından onlayn dərs rejiminə keçid üçün (uşaqların avtobusla daşınması alınmazsa) yoluxma sayının artmasına görə deyil, ölüm və ağırlaşma hallarının sıxlığına görə qərar verilməlidir.

g) Uşaqlar qızılca, məxmərək, epidemik parotit və göy öskurək infeksiyalarına qarşı peyvədi olmadan kollektivə buraxılmamalıdır. Nəzərə alsaq ki, ölkəmizdə peyvəndləməyə ciddi nəzarət yoxdur və karantin dövründə immunizasiyada kifayət qədər yayınmalar olmuşdur, bütün bunlar məktəb və bağçalarda payız aylarında göstərilən təhlükəli yoluxucu xəstəliklərin epidemiyası riskini artırır.

h) Dərs və tənəffüs saatlarında uşaqların məsafəli davranışına ciddi nəzarət edilməsi və onlardan maska istifadəsini istəmək doğru deyildir. Ölkəmizdə, eləcə də dünya təcrübəsində COVİD-19 infeksiyasının uşaqlar üçün təhlukəli olmadığı, 18 yaşadək şəxslərin yoluxma mənbəyi olmadığı öz təsdiqini tapdı. 12 yaşadək məcburi olmadığı kimi, 12 yaşdan sonra da repetitor dərslərində də maska istifadəsi lazım deyil. Hipoksik vəziyyət zehni fəaliyyətin faydalılığını xeyli azaltmış olur.

i) Məktəblərdə bədən tərbiyəsi dərslərinin dəyişmə otaqlarının yararsızlığı səbəbindən ixtisara salınması hipodinamik şəraitdən ayrılan uşaqlar uçun heç də uyğun qərar deyil. Əksinə, hər bir şəraiti təmin edərək bədən tərbiyəsi dərslərinin keçirilməsi vacibdir.

j) Uşaqlar üçün xüsusi tədris mərkəzlərinin (rəsm, rəqs, idman, üzgüçülük, şahmat, gimnastika) fəaliyyətinin həftəiçi minimum iki gün olmaqla bərpası onların sağlamlığının hərtərəfli dəstəklənməsi baxımından lazımdır.

3. Həftəsonu ictimai nəqliyyatın qadağası da məntiqli görünmür. Svtobuslardakı sıxlıq və karantin qaydalarının kəskin pozulması göz önündədir. Həftənin beş günü bu şəraitdə işləyən ictimai nəqliyyatın həftəsonu qadağasının mənası görünmür.

4. Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımızın da karantin şərtləri daxilində ölkəyə gətirilməsi, yoxlanması və reabilitasiyası istiqamətində işlər intensivləşməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm