Sosial
Vaqonların sayı artırılsın, vaxt intervalı qısaldılsın - Baş infeksionistdən TƏKLİF
“Metropolitendə nəzarəti gücləndirmək vətəndaşların sağlamlığının qorunmasını tam şəkildə təmin etməyəcək. Yəni, sərnişinlərin sağlamlığının təmini onların birbaşa olaraq özlərindən asılıdır”.
Bu fikirləri Publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib.
O bildirib ki, əgər insanlar çoxdursa və sıxlıq varsa, sərnişinlər gözləməli və az sayda adam olan vaqonlardan istifadə etməlidirlər:
“Hər şəxsin yanında bir nəzarətçinin olması qeyri-mümkündür. Metropolitendən sadəcə vaqonların sayının artırılması tələb oluna bilər. Əlavə vaqonlar sərnişinlərin istifadəsinə verilərsə, sıxlıq da azalar. Bundan əlavə, təklif edirəm ki, metroda vaxt intervalı qısaldılsın. Vaqonlar tez-tez gələrsə, sərnişinlər də qısa müddətdə daşınacaq və heç bir sıxlıq yaranmayacaq. Vətəndaşlar göstərilən qaydalara əməl etməlidir”.
C.İsayevin sözlərinə görə, bəzi şəxslər qatar gözləyəndə və ya vaqonun içərisində maskasız gəzir: “Bu isə virusun yayılmasına şərait yaradan səbəblərdən biridir. Bütün hallarda sərnişin özünü qorumaq nöqteyi-nəzərdən ən önəmli faktordur. İstər pik saatlar olsun, istərsə də sərnişin az olsun və ya heç olmasın, yenə də qaydalara əməl olunmalıdır. Vaqon boş olsa belə, ora qapalı məkan olduğu üçün maskadan istifadə etmək, dezinfeksiya tədbirlərinə əməl etmək lazımdır. Vaqondakı tutacaqlardan hər kəs istifadə edir. Ona görə də qatarı tərk etdikdən sonra əlləri mütləq spirtləmək lazımdır”.
Akqabay Mıradov
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






