Qərbi Kaspi Universitetində kənd təsərrüfatı ilə bağlı elmi konfrans keçiriliəcək
Bizi izləyin

Sosial

Qərbi Kaspi Universitetində kənd təsərrüfatı ilə bağlı elmi konfrans keçiriliəcək

Dekabrın 19-da Qərbi Kaspi Universitetində “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda elmi konfrans keçiriliəcək.

Yaşadığımız dövr elmi-texniki inkişaf, kimyalaşdırmanın kənd təsərrüfatına tətbiqinin genişlənməsi, müasir heyvandarlıq komplekslərinin yaradılması, əhalinin ərzaq məhsulları ilə təminatı problemi, qlobal istiləşmə, qeyri-əlverişli iqlim şəraitləri aqrar təsərrüfatlarda bir çox problemlərin yaranması ilə xarakterizə olunur.

Bu problemlər arasında ətraf mühitin mühafizəsi əsas yerlərdən birini tutur. Ekosistemlərə antropogen təsirin nəticəsində yaranan qeyri-əlverişli iqlim şəraiti, su çatışmazlığı ərzaq qıtlığı probleminin yaranmasına gətirib çıxarmışdır. Bu problemlərin həllinə ekoloji tərbiyənin, təhsilin və mədəniyyətin artırılması və təkmilləşdirilməsi ilə nail olmaq olar.

Elmi konfransın əsas istiqamətləri:

  • Ətraf mühitin qorunması müasir cəmiyyətin aktual problemi kimi;
  • Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri:

-müasir suvarma üsullarını tətbiq etməkləşirin suya qənaət,

-torpaq münbitliyinin artırılmasındayeni perspektiv üsul-vermikultura,

-ziyanverici həşaratların təsirinə davamlı bitki sortlarının yaradılması,

  • Kimyalaşdırma və torpaq ekosisteminin mühafizəsi;
  • Müasir təsərrüfat komplekslərinin formalaşdırdığı yeni ekoloji təsirlər (heyvandarlıq, aqrar-təsərrüfat kompleksləri və s.);
  • Müasir aqrar təsərrüatların hidrosferə neqativ təsiri - dənizlərin, göllərin, çayların çirklənməsində rolu;
  • Ekoloji təmiz qida məhsullarının alınmasında yabanı bitkilərdən istifadə;
  • Ərzaq təhlükəsizliyi probleminin həllində aqrar təsərrüfatların aparıcı rolu;
  • Ekoloji tərbiyə, təhsil və mədəniyyətin təkmilləşdirilməsi işində müasir üsullar;

Qərbi Kaspi Universitetinin keçirəcəyi bu konfransda insanların təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi, əlverişli mühitin yaradılması, ətraf mühitin komponentlərinə mənfi təsir riskini azaltmağa yönəlmiş unikal texnologiyaların inkişafı yollarının müasir üsullarla həlli yollarının müzakirə edilməsi və ekoloji problemlərin aradan qaldırılması üçün tədbirlər planının təklif edilməsi nəzərdə tutulmuşdur. Respublikamızın görkəmli alimlərinin bu mövzunu birgə müzakirə etməsi təqdirəlayiqdir.

Konfransda beynəlxalq və milli mütəxəsisslər, elmi-pedaqoji işçilər,doktorantlar, dissertantlar, magistrlar, tələbələr, ekologiya üzrə regional təşkilat rəhbərləri və mütəxəssislər, eləcə də müzakirə olunan məsələlərlə maraqlanan bütün şəxslər iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm