Sosial
İşğaldan azad olunan yurdlarına qayıtmağa hazırlaşırlar - FOTO
Onlar müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarıdır.
Publika.az xəbər verir ki, Füzuli, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının sakinləri olan bu insanlar məcburi köçkün olduqları dövrdə proqrama cəlb edilərək aktivlərlə təmin olunub, öz kiçik ailə bizneslərini yaradıblar. Yaxın zamanda doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarının sevincini yaşayırlar və ata-baba yurdlarında təsərrüfatlarını gələcəkdə daha da genişləndirəcəklərinə əmindirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə də proqrama cəlb olunanlardan 1330 nəfəri məcburi köçkünlər olub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu