Sosial
Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ: Yanvarın 1-dən etibarən... - - VİDEO
Video əlavə olunub.
xxx
Artıq xaricdən məhsul sifariş edən hər kəs bunu Dövlət Gömrük Komitəsinin "smart customs" tətbiqində bəyan etməlidir.
Komitədən verilən məlumata görə, bu il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş "sadələşdirilmiş bəyannamə - elektron ticarət" layihəsinin tətbiqinə başlanılıb. İstifadəsinə gəldikdə isə, vətəndaşlar ASAN imza və ya mobil nömrələri ilə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidirlər.
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov yeni tətbiqin istifadəyə verilməsinin vətəndaşların məhsullarını daha çevik şəkildə bəyan etməsinə səbəb olacağını deyib.
Mütəxəssisin sözlərinə görə, məhsul kateqoriyasının seçilməsində bir az da sadələşmə olsa, vətəndaş üçün proses daha asanlaşar.
Deməli, tətbiq nə qədər funksional olsa da, bəzi texniki məqamlar çətinlik yarada bilər. Vətəndaşlar əlavə rüsum tələb edilməyən həcmdən artıq məhsul gətirərsə, bu zaman bəyannamələrin doldurulmasında diqqətli olmalıdırlar. Çünki bəzi əməliyyatların geriyə dönüşü yoxdur.
Qeyd edək ki, fiziki şəxslər aylıq 300 dollar ekvivalentindən yuxarı məhsul sifarişi etsələr, onda əlavə olaraq gömrük rüsumu və vergi ödəyəcəklər. Buna görə alınan məhsulların ümumi qiymətinə diqqət etmək lazımdır ki, sonradan əlavə ödəniş etmək məcburiyyəti yaranmasın. (xezerxeber.az)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)