"Samur" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi
Bizi izləyin

Sosial

"Samur" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

Son günlər ölkəmizin Rusiya ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Buna səbəb isə mövsümlə əlaqədar ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, yanvarın 29-da 214, yanvarın 30-da 203, yanvarın 31-də 232 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır vəsıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraqartıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq.

Gömrük orqanlarının sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətindəki səylərinə baxmayaraq öz ənənələrinə sadiq qalan bəzi dırnaqarası media qurumlarının və sosial şəbəkə istifadəçilərinin gömrük postunda yaranan sıxlıqları gömrük orqanlarının fəaliyyətsizlikləri ilə əlaqələndirməsi isə sadəcə təəssüf doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm