Sosial
Ombudsmanın əməkdaşları hərbi hissəyə baxış keçirdilər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirilir.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, aparatın əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.
Baxış zamanı hərbi hissənin komandanlığı tərəfindən Aparatın əməkdaşlarına hərbi hissə barədə məlumat verilib.
Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin əsgər yataqxanasına, ixtisas tədris korpusuna, tibb hissəsinə, əsgər hamamına, görüş otağına, yeməkxanaya və camaşırxanaya baxış keçirilib.
Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları yeməkxana korpusunda və camaşırxanada olarkən orada işləyən mülki şəxslərlə də görüşüblər.
Gələcəkdə bu cür tədbirlərin Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, o cümlədən razılaşdırılmış tədbirlər planına müvafiq olaraq digər qoşun növlərində də həyata keçirilməsi davam etdiriləcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu