Pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşdı
Bizi izləyin

Sosial

Pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişini təmin edib.

Fonddan Publika.az-a verilən məlumata görə, aprelin 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm