Ağstafada nişan keçirmək istəyənlər cərimələndilər – FOTO
Bizi izləyin

Sosial

Ağstafada nişan keçirmək istəyənlər cərimələndilər – FOTO

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm