Sosial
"Məsuliyyətli atalıq" təlimləri üçün qeydiyyat başladı - FOTO
“Gender Hub Azerbaijan” sosial platforması Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində keçiriləcək “Məsuliyyətli atalıq” təlimləri üçün qeydiyyat prosesinə start verib.
Publika.az xəbər verir ki, keçiriləcək təlimlər sessiyasının əsas məqsədi ataların gender bərabərliyində rolunu stimullaşdırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına töhfə verməkdir.
Təlimlər gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları, ailə münasibətlərində cinsi ayrı-seçkiliyin mənfi təsiri mövzularına əsaslanaraq atalar və ata olmağa hazırlaşan şəxslərlə birgə müzakirə şəraitində reallaşacaq.
Təlimlər mayın 22-23-də Xaçmaz, iyunun 5-6-da isə İmişlidə təşkil olunacaq.
Təlimlərdə iştirak üçün Xaçmaz rayonu üzrə mayın 16-dək, İmişli rayonu üzrə isə mayın 20-dək https://cutt.ly/RbEhcs5 linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Pandemiya şəraitinə uyğun olaraq təlimlərdə 15-dən çox iştirakçı qatıla bilməz və 21-29 yaşlı şəxslərin qeydiyyatdan keçməsi məqsədəuyğundur.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


