Sosial
36 yaşlı kişi ilə nişanlanan 14 yaşlı qızın ailəsindən AÇIQLAMA/VİDEO
Azərbaycanda 14 yaşlı qızı özündən 22 yaş böyük kişi ilə nişanlayıblar.
Publika.az xəbər verir ki, nişan mərasimi 3 gün əvvəl Lənkəranın istirahət mərkəzlərinin birində keçirilib.
8-ci sinif şagirdi olan qızın nişan şəkilləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Parta arxasında oturub dərs oxuyacaq yaşda olmasına baxmayaraq, həmin uşağın barmağına özündən 22 yaş böyük kişi tərəfindən nişan üzüyü taxılıb.
Məsələnin təfərrüatlarını öyrənmək üçün Xəzər TV-nin əməkdaşları həmin qızın yaşadığı Masallı rayonunun Bədəlan kəndində olublar.
14 yaşlı qızın təhsil aldığı məktəbin direktoru Arif Mehdiyev bildirib ki, məsələdən agah olan kimi qızın valideynləri ilə görüşüblər.
Qızın nişanlandığı Rusiya vətəndaşı olan oğlanla da söhbət aparılıb. Ona bu işin məsuliyyəti haqqında məlumat verilib. Həm qız, həm də oğlanın ailəsi təkidlə bildirirlər ki, nikah olmayacaq.
Ailələrdən izahatlar alınıb və məsələ daim nəzarətdə saxlanacaq.
Qeyd edək ki, qızın atası vəfat etdiyi üçün anası ilə birgə babasının evində yaşayır və orta məktəb təhsili almaqla yanaşı, tibbi biliklərə yiyələnmək üçün kursa da gedir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO







.jpg)



.jpg)




















.jpg)


