Sosial
ANAMA-nın təlimləri davam edir - FOTO
İşğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri ilə bağlı fəaliyyət göstərən qurumların və müəssisələrin nümayəndələri üçün avqustun 20-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
Publika.az xəbər verir ki, təlimdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərenerji” ASC, “Azərpoçt” MMC, “Electro Industries”, “Agro Food”, “Azərşəkər”, “Evrascon”, “Azenco”, “Balxurma” və digər şirkətlərin ümumilikdə 40-yaxın əməkdaşı iştirak edib. Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib, insan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah olunub, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb. Xüsusi vurğulanıb ki, əksər hallarda partlayıcı qurğular təhlükəli əşyaya bənzəmir. Hər bir oyuncağın, qutunun, hətta siqaret qutusunun, şüşə qabların və digər əşyaların içində də partlayıcı maddələr yerləşdirilə bilər.
Sonda iştirakçılara xəbərdaredici posterlər, broşürlər, sertifikat və Təlimat kitabçaları paylanıb.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurum və müəssisələrin mütəxəssisləri üçün ANAMA-nın “Təlimçilər üçün təlim” (“Train the trainer”) proqramı davam edir.
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?









.jpg)
.jpg)

.jpg)




.jpg)




.jpg)



.jpg)







